Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkəyə tətbiq olunan gömrüktariflərinin təxminən 600 milyard dollar gəlir gətirdiyinibildirib.
Trend xəbər verirki, bu barədə Tramp “Fox News” telekanalına verdiyi müsahibədədanışıb.
Prezident deyib: “Tariflər uğur üçün vacibdir. Biz 600 milyarddollarlıq tarif gəliri əldə etmişik.”
O əlavə edib ki, əgər ABŞ Ali Məhkəməsi tarif tədbirlərinietibarsız hesab edərsə, administrasiya onların əvəzini tapacaq.
Xatırladaq ki, Tramp 2025-ci il aprelin 2-də 185 ölkədən idxalolunan məhsullara tariflər tətbiq etdiyini elan etmiş, daha sonraisə bəzi ölkələrdən gətirilən mallara tarif dərəcələrindədəyişikliklər edib.