Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Moskva, 28 yanvar, AZƏRTAC
Moskva vilayətinin hakimiyyət orqanları Azərbaycana ixracın inkişafında maraqlı olan sahibkarlar üçün pulsuz onlayn vebinar təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, “Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi ilə bir saat” adlı tədbir yanvarın 30-da keçiriləcək və Moskva vilayətinin kiçik və orta biznes nümayəndələri üçün nəzərdə tutulub. Vebinar Moskva vilayətinin İnvestisiyalar, Sənaye və Elm Nazirliyinin dəstəyi ilə təşkil olunur, keçirilməsini isə regionun Xarici İqtisadi Fəaliyyətə Dəstək Fondu təmin edir.
Onlayn görüş zamanı iştirakçılara Azərbaycan bazarına çıxışın əsas aspektləri, o cümlədən yeni logistika imkanları, hesablaşmaların xüsusiyyətləri, həmçinin məhsulların sertifikatlaşdırılması üzrə qüvvədə olan qaydalar barədə məlumat veriləcək. Bundan əlavə, sahibkarlara Azərbaycanın elektron ticarət platformalarında ixracatçıların dəstəklənməsi tədbirləri və ölkə iqtisadiyyatının əsas sahələrində istehlak tələbinin mövcud tendensiyaları haqqında məlumat təqdim olunacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.