RU

"Futbolçularım ən yaxşı oyunlarından birini göstərəcəklər" -Qurban Qurbanov

Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda bu gün axşam "Liverpul"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında mühüm fikirlər səsləndirib. Baş məşqçi onları maraqlı qarşılaşmanın gözlədiyini bildirib:

"Əsas mərhələnin son oyununa çıxırıq. Möhtəşəm stadionda və möhtəşəm azarkeşlər qarşısında çıxış edəcəyik. "Liverpul"un heyətində olan futbolçular hər zaman qələbəyə istəklidirlər. Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini göstərəcəklər".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Mətləb

Избранный
22
13
sia.az

10Источники