RU

Tolik verilişindən ayrılıb? Özü danışdı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Aparıcı Tarix Əliyevin (Tolik) “Space TV”də yayımlanan “Tarixin bir günü” adlı verilişdən birdəfəlik ayrıldığı barədə iddialar yayılıb. Bildirilir ki, sağlamlığı ilə bağlı narahatlıqlarına baxmayaraq, o, Xalq artisti Aygün Kazımovanın doğum günündə iştirak edib. Bu isə onun işdən ayrılması kimi qiymətləndirilib.

Xatırladaq ki, bir neçə gün əvvəl canlı yayımda halı pisləşən aparıcı xəstəxanaya yerləşdirilmişdi. Hazırda onu yaxın dostu və kanalın tanınmış siması İsa Şükürov əvəz edir.

Yayılan məlumatlar doğrudurmu? Tolik verilişdən tamamilə ayrılıb?

Globalinfo.az-a danışan Tarix Əliyev iddiaları təkzib edib.

O, hazırda müalicə aldığını bildirib:

“Yataq xəstəsi deyiləm, ona görə də Aygün Kazımovanın doğum gününə getməyim tam normaldır. Həkim mənə sağlamlığımla əlaqədar ən azı bir həftə evdə dincəlməyi və yürüş etməyi məsləhət gördü. Bu gün uşağımın da yanında deyiləm, şəhərdəki evimdə qalıram. Kanaldan ayrılsaydım, bunu gizlətməzdim. Maksimum 3 gün gizlətmək olar, sonra necə? Təzyiqim yüksəkdir, gündəlik dərman qəbul edirəm və stresdən uzaq olmalıyam. Son günlər çox neqativ hallar yaşadım. Bir nəfər “TikTok”da övladımın və bibimin şəklini paylaşdı, qızımı təhqir etdi. Həmin şəxs saxlanıldı, amma bütün bunlar mənə gərginlik yaratdı. Ardınca verilişimdə xoşagəlməz hallar yaşandı. Həkim mənə 1 həftə dincəlməyi tövsiyə etdikdən sonra rəhbərlikdən xahiş etdim ki, müalicəmi ambulator qaydada davam etdirim”.

Tarix Əliyev ali təhsil aldığını və bununla əlaqədar sabah Moskvaya gedəcəyini də əlavə edib:

“Həftəsonu isə ölkədə olacağam. Həkim deyir ki, əgər indi dincəlməsəm, gələcəkdə insult keçirmə riski var. Növbəti həftənin bazar ertəsi efirdə olacağam. Bəzilər iddia edir ki, guya səsləndirdiyim hansısa fikrə görə verilişim bağlanıb. Hamısı yalandır”.

Leyla Əlisoy

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
globalinfo.az

1Источники