RU

Adesanya: “Ağ Evdə bir dəstə siyasətçinin qarşısında döyüşmək istəmirəm”

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Orta çəkidə keçmiş UFC çempionu, nigeriyalı İsrail Adesanya, ABŞ prezidentinin rəsmi iqamətgahı olan Ağ Evdə UFC tədbirinin keçirilməsi konsepsiyasını bəyənmədiyini deyib.

İdman.Biz bildirir ki, Ağ Evdə UFC tədbiri iyunun 14-də keçiriləcək.

“Ağ Evdə UFC tədbirində döyüşmək istərdimmi? Xeyr deməzdim, amma ümid edirəm ki, orada əsl qarışıq döyüş sənəti azarkeşləri olacaq. MMA-nı ümumiyyətlə saymayan bir dəstə siyasətçinin qarşısında döyüşmək istəmirəm. İstərdim ki, azarkeşlər gəlib şounu izləyə bilsinlər. Bəli, mən bundan imtina etməzdim”, - deyə “Bloody Elbow” Adesanyanın sözlərini sitat gətirir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
icma.az

2Источники