RU

Bloomberg : Treyderlər dolların kəskin ucuzlaşacağına rekord həddə mərc edirlər

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ-də siyasi vəziyyətin qeyri-sabitliyi fonunda treyderlər dolların kəskin ucuzlaşacağına rekord həddə mərc edirlər.

Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, dolların zəifləməsi halında gəlir gətirən qısamüddətli opsionlar üzrə mükafat (premiya) 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Vurğulanır ki, uzunmüddətli proqnozlar formalaşdıran investorlar da ABŞ valyutasına münasibətdə güclü skeptisizm nümayiş etdirirlər.

Dollar indeksi ardıcıl dördüncü ticarət sessiyasında enir. Çərşənbə axşamı indeks 0,8% azalaraq 96,26 bəndə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
oxu.az

1Источники