RU

İsraildə “əsir taymeri” dayandırıldı

Təl-Əvivdə İsrail girovlarının Qəzza sektorunda əsirlikdə keçirdikləri hər bir saniyəni sayan taymer dayandırılıb.

Publika.az xəbər verir ki, bu barə “RİA Novosti” məlumat yayıb.

Saat fəalların və girovların yaxınlarının iştirakı ilə dayandırılıb. Ümumilikdə taymer 843 gün və 12 saat işləyib. Tədbirdə çıxış edən sonuncu azad edilmiş İsrail vətəndaşı Rana Qvili-nin bacısı olub.

“2014-cü ildən bəri ilk dəfə olaraq bu səhər Qəzzada bir dənə də olsun girov olmadan oyandıq. Saatı dayandırmağın vaxtıdır”, - deyə Girov Ailələri Forumunun nümayəndələri bildiriblər.

Ötən gün İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında əsir götürülmüş sonuncu israilli əsir mayor J.Ran Qvilinin şəxsiyyətinin müəyyən edilərək cəsədinin geri qaytarıldığını elan edib. İDF-nin məlumatına görə, birinci dərəcəli çavuş 7 oktyabr 2023-cü ildə 24 yaşında döyüşdə həlak olub. O, İsrail Polisinin xüsusi təyinatlı qüvvələrində xidmət edib.

Избранный
54
publika.az

1Источники