RU

Tanınmış müğənni Tərlan Oğuzlu Canana xanımı təbrik etdi


  Yanvar ayının 26- da Hollivud restoranında məşhur müğənni Canana Legendin ad günü qeyd etdi.


  

      Möhtəşəm tədbirdə bir sıra tanınmış simalar iştirak edib: Manaf Ağayev, Rühəngiz Allahverdiyeva, Əli Mirəliyev, meyxana ustadı Ağamirzə Məmmədov, Kəmalə Günəşli, skripkaçı Abbas Səlimov və digərləri ilə yanaşı Canana xanımı gənc və istedadlı müğənni Tərlan Oğuzlu da təbrik etdi.

Tərlan bəy Canana xanımın yubileyində qısa təbrik çıxışı ilə sözə başladıqdan sonra, ,,Ağ göyərçinim,, və ,,Biz mehriban ailəyik,, mahnılarını ifa etdi. Müğənninin ifaları qonaqlar tərəfindən çox bəyənildi. Tərlan bəy gələcəkdə Canana xanımla duet ərsəyə gətirmək istəyini də vurğulayıb.

  

Aynur Nurlu


Избранный
17
azia.az

1Источники