RU

 ABŞ-ın İrana mümkün hücumu ilə bağlı tarix açıqlandı

İsrail Müdafiə Qüvvələri(İDF) 31 yanvar və ya 1 fevralda ABŞ-ın İrana mümkün hücumuna hazırlaşır.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The War Zone" nəşrinin yüksək vəzifəli İDF rəsmisinə istinadən məlumat verib.

Ordu rəsmisi Vaşinqtonun planlarının dəyişə biləcəyini və hər şeyin bir nəfərin qərarından asılı olduğunu bildirib. O, ABŞ prezidenti Donald Trampı nəzərdə tutub.

İsrail hakimiyyəti xarici aviaşirkətlərə 31 yanvar və 1 fevralda səmada "yüksək risk" olacağını bildirib.

Mənbələr "Middle East Eye"yə bildiriblər ki, ABŞ bu həftə İrana hücum edə bilər. Mənbələr hücumun vaxtının dəyişə biləcəyini vurğulayıblar. İddia edirlər ki, hədəf İranda etirazçıların ölümünə görə məsuliyyət daşıyan yüksək vəzifəli İran rəsmiləri və komandirləri olacaq.

Elvin

Ölkə.az

Избранный
26
olke.az

1Источники