RU

Yeni qanun qəbul edildi: Ərindən xəbərsiz ailəsini ziyarət edən qadın həbs ediləcək

Yeni qanun qəbul edildi: Ərindən xəbərsiz ailəsini ziyarət edən qadın həbs ediləcək Əfqanıstan yeni cinayət məcəlləsini açıqladı.

KONKRET.az xəbər verir ki, həmin məcəlləyə görə, köləlik qanuniləşdirildi. Bundan başqa, dissidentlər üçün ölüm hökmü tətbiq edilib. Yeni qanunda belə bir maddə də öz əksini tapıb:

Uşaqlara qarşı cinsi zorakılıq cinayət qanunu çərçivəsindən çıxarılıb. Əgər qadınlar ərinin xəbəri olmadan ailələrini ziyarət edərlərsə, həm qadını, həm də ailəsini həbs gözləyir. Qadınlara qarşı zorakılıq daimi əlilliklə nəticələnmədiyi halda qanuni sayılır. Eləcə də rəqs etmək və rəqsə baxmaq qadağan edilib.

Natiq Səlim,
KONKRET.az

Избранный
8
1
konkret.az

2Источники