RU

Netanyahu daha bir xəbərdarlıq etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə İrana qarşı etdiyi xəbərdarlığı təkrarlayıb.

"Unikal" xəbər verir ki, Netanyahu İran hücum edərsə, ölkəsinin "sərt cavab verəcəyini" deyib. 

"İran yenidən oxları bizə tərəf istiqamətləndirməyə çalışır, amma biz buna imkan verməyəcəyik. Əgər İran İsrailə hücum etməklə ciddi səhv edərsə, biz İranın əvvəllər heç görmədiyi bir güclə cavab verəcəyik", - Netanyahu bildirib.

Daha əvvəl "The War Zone" qəzeti İsrail Müdafiə Qüvvələrinin mənbəsinə istinadən bildirib ki, İsrail Müdafiə Qüvvələri ABŞ-lə birlikdə gələn həftə sonu İrana qarşı mümkün hərbi əməliyyata hazırlaşır.

Избранный
2
2
unikal.az

3Источники