RU

Səbail rayonunda yaşı bir əsrdən çox olan ikimərtəbli bina təhlükəli vəziyyətdəVİDEO

Damı uçub, pəncərələri dağılıb...

Səbail rayonunda yerləşən, 44 ailənin yaşadığı ikimərtəbəli binanın sakinləri yaşadıqları şəraitdən şikayətçidir.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyir ki, əsasən də yağıntılar zamanı evlərimizdə elekrik enerjisindən istifadə etməkdən çəkinirik.

Yaşı bir əsrdən çox olan binada yaşayanlar deyir ki, vəziyyət haqqında aidiyyəti qurumlar məlumatlandırılsa da, iki ildir ki, bir tədbir görən, dam örtüyünü dəyişdirən yoxdur.

Məsələ ilə bağlı Səbail rayon icra hakimiyyətindən sorğumuza cavab olaraq bildirdilər ki, sözügedən ünvana bir müddət əvvəl baxış keçirilib və təmir işlərinin aparılması məqsədilə  aidiyyəti üzrə rəsmi müraciət olunub. Həmçinin, sözügedən bina da daxil olmaqla dam örtüyünün təmirə ehtiyacı olan binalar Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2026-cı ilin siyahısına salınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
40
xezerxeber.az

1Источники