RU

Gelandewagen in Dubay variantı təqdim edildi Cəmi 50 ədəd olacaq FOTO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BƏƏ-nin Dubay şəhərində fəaliyyət göstərən "Venuum" tüninq studiyası Mercedes-AMG G63 üçün yeni modifikasiya dəstini təqdim edib.

Milli.Az xəbər verir ki, tüninqdən sonra avtomobil "Mastodon" adlandırılıb.

Bu modeldən cəmi 50 ədəd istehsal olunacaq. Layihənin qiyməti açıqlanmayıb.

Avtomobilin dizaynında əsas yeniliklər düzbucaqlı faralar, yenilənmiş bamper, iri hava girişləri və xüsusi radiator barmaqlığıdır. Arxa hissədə işıqlar dəyişdirilib, tavana işıq zolağı və spoyler əlavə edilib. Salon isə yeni dəri örtük və fərqli naxışlarla təchiz olunub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
4
news.milli.az

5Источники