RU

Qurudulmuş dondurma nədir? - Marketlərdə müəmma...



Leyla Sariyeva: “Qurudulmuş dondurma yapışqan teksturası ilə uşaqlarda diş çürüməsinə səbəb olur”

Son dövrlərdə rəqəmsal platformalarda və ticarət şəbəkələrində böyük marağa səbəb olan “freeze-dried” (dondurularaq qurudulmuş) texnologiyalı qidalar ölkə bazarında yeni bir trendin əsasını qoyub.

Rəngarəngliyi və qeyri-adi teksturası ilə diqqət çəkən qurudulmuş dondurmalar və meyvələr, xüsusilə azyaşlılar və gənclər üçün cəlbedici qidaya çevrilib. Lakin bu məhsulların “təbii və sağlam” imici altında təqdim edilməsi valideynlər üçün ciddi suallar doğurur. Maraqldıır, vizual olaraq bu qədər cəlbedici olan bu qidalar, orqanizm üçün nə dərəcədə təhlükəsizdir və onların tərkibindəki qida dəyərləri nə dərəcədə qorunur? Ümumiyyətlə, bu dondurmaların adi dondurmalardan əsas fərqi nədir?

Qida eksperti Leyla Sariyeva baki-xeber.com xəbər verir ki, “freeze-dried” dondurma mahiyyətcə yüksək kalorili bir desertdir: “Su tərkibinin tamamilə kənarlaşdırılması məhsulu yüngülləşdirsə də, tərkibindəki şəkər, yağ və qatqı maddələri olduğu kimi qalır. Kiçik bir paket, gözləniləndən qat-qat artıq kalori deməkdir. Bununla yanaşı, qurudulmuş dondurma yapışqan teksturası isə ağız boşluğunda daha uzun müddət qalaraq, xüsusilə uşaqlarda diş çürüməsinə səbəb olur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bu cür yüksək kalorili qidaların həddindən artıq istehlakı qanda qlükoza səviyyəsinin kəskin yüksəlməsinə səbəb olur. Bu da uzunmüddətli perspektivdə insulin müqavimətinin, eləcə də tip 2 diabet riskinin formalaşmasına gətirib çıxarır: “Bundan əlavə, rütubəti azaldılmış qidaların həzm prosesi zamanı mədə-bağırsaq traktında yaratdığı spesifik mühit həssas fərdlərdə disbiotik pozğunluqlara yol aça bilər. Bağırsaq–beyin oxu arasındakı sıx əlaqəni nəzərə alsaq, bu tip həzm disfunksiyalarının sinir sistemində qıcıqlanma, yuxu pozğunluğu və ümumi narahatlıq kimi fəsadlarla özünü büruzə verməsi qaçılmazdır. Ümumiyyətlə, trend olan məhsulları istifadə və ya istehlak etmək düzgün deyil. Çünki bəzi məhsullar bilərəkdən, məqsədli şəkildə trendə çevrilir. Məqsəd isə bəzi sahibkarların gəlir əldə etməsidir”.

Günel CƏLİLOVA

Избранный
37
baki-xeber.com

1Источники