RU

Qurban Qurbanovun işi lap çətinləşdi - Çıxış yolu tapılacaqmı?

"Qarabağ"ın uğurlarının memarı birmənalı Qurban Qurbanovdur.

Qazanılan hər qələbə, əldə olunan hər uğur məntiqli olaraq onun da ölkədə nüfuzunu qaldırır.

Bu yükün ən böyük əziyyətini də məhz elə Qurbanov özü çəkməli olur.

Uğurlar artırsa, tələblər də çoxalır.

Dünənə qədər ÇL-in əsas mərhələsində iştirak xəyal idi.

Bu gün pley-off mərhələsində olmaq reallıqdır.

"Kəhər atlar"ın irəlilədiyi bu mərhələnin isə gətirdiyi öz reallıqları var.

Heyət gücləndirilməlidir.

Məsələn, heyətdə bir Zubirin, bir Yankoviçin olması bəs etmir.

Kadi Borqes zədə alanda başını tutmayasan, Yankoviçin oyunu alınmayanda və Montile çatdırmayanda çarəsiz qalmayasan deyə.

Çıxış yolu nədir?

Təbii ki, ən azı Zubir, Yankoviç səviyyədə oyunçuların bura gətirilməsidir.

Artıq Bədavi Hüseynov, Abbas Hüseynov, Fabian Buntiç səviyyəsində ehtiyat qüvvə yetərli deyil.

Təcrübəli Qurban Qurbanov da bunu hamıdan yaxşı görürür/ fərqindədir.

Lakin müdaxilə imkanları geniş deyil

Bu gün Yankoviçin özünü klubda saxlamaq ciddi problemə çevrilib.

Daha yüksək səviyyəli liqalara, daha yaxşı qazanc arxasınca getməkdə maraqlıdır.

Hələ daim əsas heyətdə çıxış edən, əl üstündə saxlanan, bir istəyi iki olmayan Yankoviçi razı salmaq asan deyil.

İndi sən düşün Yankoviç səviyyədə, hətta ondan 15-20% zəif biri "Qarabağ"da ikinci olmağa razılaşar?

Hələ Premyer Liqanın səviyyəsini, tribunalarla, meydançalarla bağlı problemləri demirəm.

Qısası, Ağdam klubunun hazır oyunçu transfer etmək şansı yoxa bərabərdir.

Tək çarə Kadi, Duran, Medina kimi kölgədə qalan, Yankoviç kimi durğunluq dövrü yaşayan, amma potensialı olanları tapıb bura gətirməkdir.

Bu isə iynə ilə gor qazmaq kimi bir şeydir.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
8
sportinfo.az

1Источники