RU

Bu türk ölkəsi Rusiyanı məhkəməyə verdi

Qırğızıstan Avrasiya İqtisadi İttifaqı Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.

Sitat.info xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin iclasında deyilib.

Deputat Gülnarə Baadırova Qırğızıstandan olan miqrantlara icbari tibbi sığorta polislərinin verilməsi və onlara Rusiyada tibbi yardım göstərilməsi məsələsinin həll edilməsinin vacibliyini vurğulayıb.

Qırğızıstan İcbari Tibbi Sığorta Fondunun rəhbəri Əzəmət Mukanov isə bildirib ki, bu istiqamətdə işlər davam etdirilir:

“Qırğızıstan tərəfi Aİİ müqavilələrinin tələblərinə əməl etməyən Rusiya tərəfinə qarşı məhkəmə iddiası qaldırıb. Rusiyada işləyənlərin ailə üzvlərinə də icbari tibbi sığorta polisi verilməlidir. Bu müqavilə beş iştirakçı ölkənin hamısı tərəfindən imzalanıb”.

O əlavə edib ki, ötən həftə məhkəmə iclası keçirilib və qərarın iki həftə ərzində verilməsi gözlənilir.

Избранный
25
1
sitat.info

2Источники