RU

Özbəkistanla kibertəhdidlərin idarə olunması ssenariləri müzakirə edilib

Bakı, 27 yanvar, AZƏRTAC

Özbəkistan Mərkəzi Bankının Kibertəhlükəsizlik Mərkəzinin nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında (AMB) olub.

AMB-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Mərkəzi Bankı sədrinin müşaviri Akif Bağırov və İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı ilə görüşü keçirilib.

Görüş zamanı kibertəhlükəsizlik sahəsində hüquqi-normativ bazanın təkmilləşdirilməsi, FINCERT təcrübəsi, həmçinin kibertəhdidlərin idarə olunması ssenariləri üzrə fikir mübadiləsi aparılıb.

Избранный
50
3
azertag.az

4Источники