Bakı, 27 yanvar, AZƏRTAC
Özbəkistan Mərkəzi Bankının Kibertəhlükəsizlik Mərkəzinin nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında (AMB) olub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Mərkəzi Bankı sədrinin müşaviri Akif Bağırov və İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı ilə görüşü keçirilib.
Görüş zamanı kibertəhlükəsizlik sahəsində hüquqi-normativ bazanın təkmilləşdirilməsi, FINCERT təcrübəsi, həmçinin kibertəhdidlərin idarə olunması ssenariləri üzrə fikir mübadiləsi aparılıb.