RU

Merə qarşı üçüncü sui qəsdə cəhdi: Bu dəfə raket atdılar VİDEO

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Filippinin Maquindanao del Sur əyalətində Şərif Aquak meri Akmad Mitra Ampatuanın konvoyuna silahlı hücum təşkil edilib.

Milli.Az xəbər verir ki, hücum zamanı mer raketatıcı qurğu ilə (RPG) edilən hücumdan xəsarətsiz çıxsa da, maşın karvanındakı bir neçə təhlükəsizlik işçisi yaralanıb.

Şahidlərin məlumatına görə, silahlılar kiçik mikroavtobusdan çıxaraq, merin maşınına atəş açıblar.

Nəticədə üç hücumçu öldürülüb və hadisə ilə əlaqəli digər şəxslərin axtarışı davam edir.

Yerli hakimiyyət orqanları hücumun səbəbini açıqlamayıb, lakin bu, Ampatuana üçüncü sui-qəsd cəhdidir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
2
news.milli.az

3Источники