RU

Azərbaycanın bəzi rayonlarında qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

 

Избранный
120
25
azertag.az

10Источники