RU

Buraxılış imtahanlarında hər hansı bir bal məhdudiyyəti yoxdur - AÇIQLAMA

"Ali təhsil müəssisələrinə qəbul olmaq üçün buraxılış imtahanlarında hər hansı bir bal məhdudiyyəti yoxdur. Universitetə müraciət edirsənsə, 1 bal belə toplasan, hər hansı bir məhdudiyyət tətbiq olunmur. Bir bal buradan, 300 bal blok imtahanından toplasan, 301 balla müsabiqədə iştirak edə bilərsən".

Bunu Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev 11 illik buraxılış imtahanlarında bal məhdudiyyətinin qoyulub-qoyulmamasından danışarkən qeyd etdi.

Onun sözlərinə görə, elə müsabiqə var ki, o, ancaq buraxılış imtahanı ilə həll olunur:

"Yəni blok imtahanının heç bir aidiyyəti və yaxud da təsiri olmur. Məsələn, kolleclərə qəbul. Kolleclərə qəbulda blok imtahanına ehtiyac qalmır, sadəcə buraxılış imtahanı olur və buraxılış imtahanı üçün də keçid balı müəyyən olunur. Yaxud da qabiliyyət tələb edən ixtisaslarda blok imtahanına ehtiyac yoxdur. Yəni beşinci ixtisas qrupunda buraxılış imtahanı və qabiliyyət olan ixtisaslar var ki, orada qabiliyyət imtahanı əsas rol oynayır. Bəzilərində də qabiliyyət imtahanı sadəcə məqbul ilə qiymətləndirilir və yaxud da qabiliyyət imtahanı tələb olunmur. Burada da eyni şəkildə, sadəcə buraxılış imtahanı olduğuna görə, bunların hər birisində bal məhdudiyyəti qoyulur: 50 bal, 60 bal — bal məhdudiyyəti qoyulur, bu, ixtisasa görə dəyişir. Məsələn, qabiliyyət tələb edən ixtisaslarda - xoreoqrafiyada 30 baldır. Bəzi ixtisaslarda 50, bəzilərində 60 baldır. Ümumi 60 bal əsas keçid balıdır. 60-ı keçdiyi təqdirdə artıq müsabiqədə iştirak edə bilir".

Aytəkin TOFİQQIZI

Избранный
100
redaktor.az

1Источники