Bakı. Trend:
Qlobal maliyyə bazarlarının son illərdə üzləşdiyi volatillik,enerji qiymətlərində kəskin dalğalanmalar və artan geosiyasirisklər fonunda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF /SOFAZ) özünü dayanıqlı idarə olunan, risklərə davamlı və stratejidüşünən suveren sərvət fondu kimi möhkəmləndirib. Xüsusilə2020–2025-ci illəri əhatə edən dövr Fondun inkişaftrayektoriyasında keyfiyyətcə yeni mərhələ kimi qiymətləndiriləbilər.
Bu dövr ərzində ARDNF aktivlərinin həcmini artırmaqlakifayətlənməyib, eyni zamanda investisiya portfelinin strukturunudəyişərək onu daha balanslaşdırılmış, inflyasiyaya və qlobalşoklara davamlı hala gətirib. Fondun fəaliyyəti həm yerli fiskaldayanıqlıq, həm də beynəlxalq maliyyə institutları üçün etibarlıbufer rolunu oynayıb. Rəqəmlər də bunu təsdiqləyir.
Belə ki, 2020-ci ildə ARDNF-in aktivləri 43,6 milyard ABŞdolları səviyyəsində olduğu halda, 2025-ci ilin sonuna bu göstərici73,5 milyard ABŞ dollarına çatıb. Bu, cəmi beş il ərzində təxminən30 milyard ABŞ dolları və ya 68,8% artım deməkdir ki, suverensərvət fondları üçün olduqca yüksək dinamika hesab olunur.
İl | ARDNF-nin aktivləri (milyon ABŞ dolları) |
2020 | 43 564,3 |
2021 | 45 025,1 |
2022 | 49 033,6 |
2023 | 56 069,7 |
2024 | 60 031,4 |
2025 | 73 541,5 |
Cədvəldən də göründüyü kimi, xüsusilə diqqətçəkən məqam odur ki,təkcə 2025-ci il ərzində Fondun aktivləri 2024-cü ilə nisbətən22,5% artıb. Bu göstərici qlobal miqyasda fəaliyyət göstərən birçox suveren fondların orta illik artım tempini əhəmiyyətli dərəcədəüstələyir və ARDNF-in bazar şəraitinə çevik uyğunlaşmaqabiliyyətini nümayiş etdirir.
ARDNF 2025-ci ildə də dövlət maliyyəsinin əsas dayaqlarındanbiri kimi çıxış edib. İl ərzində Fondun ümumi gəlirləri 37,6milyard manat, büdcə xərcləri 14,6 milyard manat, dövlət büdcəsinətransfertləri isə 14,48 milyard manat təşkil edib.
İl | ARDNF-nin büdcə gəlirləri (milyon manat) | ARDNF-nin büdcə xərcləri (milyon manat) | Dövlət büdcəsinə transfertləri (milyon manat) |
2020 | 9 360,8 | 12 425,3 | 12 200,0 |
2021 | 15 985,6 | 11 382,7 | 11 350,0 |
2022 | 9 586,0 | 4 699,0 | 7 923,0 |
2023 | 21 661,9 | 11 832,6 | 11 737,6 |
2024 | 18 039,0 | 12 896,4 | 12 781,0 |
2025 | 17 160,4 | 14 627,2 | 14 481,0 |
Bu göstəricilər Fondun büdcə qarşısında öhdəliklərini tam,vaxtında və risk yaratmadan yerinə yetirdiyini göstərir. Son beşildə dövlət büdcəsinə edilən transfertlərin həcmi 18,7% artaraq2025-ci ildə rekord səviyyəyə yüksəlib. Bu isə ARDNF-in təkcəsərvət yığımı deyil, eyni zamanda makroiqtisadi sabitliyinqorunması baxımından da strateji rol oynadığını təsdiqləyir.
Beşillik dövr üzrə ARDNF-nin 10,6 milyard ABŞ dolları həcmindəinvestisiya gəliri əldə etməsi və ya orta illik gəlirliliyintəxminən 4% səviyyəsində formalaşması, Fondun qısamüddətli bazardalğalanmalarına deyil, uzunmüddətli və balanslaşdırılmışstrategiyaya əsaslandığını təsdiqləyir. Bu yanaşma həm mənfi bazarillərini, həm də bazar bərpa mərhələlərini əhatə edərək, portfelindavamlılığını qoruyub saxlamışdır.
2025-ci ildə ARDNF-in investisiya portfeli üzrə illik gəlirlilikgöstərici isə 6,2% təşkil edib. Bu gəlirlilik səviyyəsi nəticəsindəFond 6,9 milyard manat, yəni təxminən 4 milyard ABŞ dollarıhəcmində investisiya gəliri əldə edib. Daha önəmli məqam isə sonbeş ildə investisiya portfelinin strukturunda baş verəndəyişikliklərdir. Fond klassik konservativ yanaşmadan uzaqlaşaraqdaha balanslaşdırılmış modelə keçid edib. Fondun son 5 ilininvestisiya portfeli üzrə strukturuna nəzər salaq:
Aktiv növü | 2020 | 2025 |
İstiqrazlar və pul bazarı alətləri | 63,8% | 29,8% |
Səhmlər | 15,9% | 25,6% |
Daşınmaz əmlak və infrastruktur | 6,1% | 6,4% |
Qızıl | 14,2% | 38,2% |
Cədvəldən göründüyü kimi, ARDNF-in investisiya portfelininaktivlər üzrə bölgüsündə 2020-ci ildə istiqrazlar və pul bazarıalətlərin payı 63,8%, səhmlər 15,9%, daşınmaz əmlak 6,1%, qızıl isə14,2% paya malik idisə, 2025-ci ildə bu güstəricilər müvafiq olaraq29,8%, 25,6%, 6,4% və 38,2% təşkil edib. Məlumata əsasən, son beşildə Fondun investisiya portfelinin aktivlər üzrə bölgüsündə qızılvə daşınmaz əmlak üzrə yatırımlarda nəzərəçarpan artımlar baştutub.
Xüsusilə qeyd edək ki, Fondun daşınmaz əmlak investisiyaları 1milyard ABŞ dollarından çox gəlir gətirib. Daşınmaz əmlakinvestisiyaları Fond üçün həm stabil icarə gəlirləri, həm dəbinaların dəyərinin artım mənbəyi olaraq ümumi portfeldədiversifikasiya rolunu oynayan aktiv kimi çıxış edir. 3 milyarddollar yatırım edilən bu aktiv növü üzrə təqribən 1 milyard ABŞdolları həcmində gəlir əldə edilib, ümumi gəlirlilik isə 80%səviyyəsində olub. Sözügedən investisiyalar əsasən inkişaf etmişölkələrdə yerləşən 1400-ə yaxın binadan ibarət ofis, ticarət,yaşayış, sənaye və otel seqmentlərini əhatə edərək daşınmaz əmlakportfelinin şaxələnmənin dərinləşməsinə xidmət edir.
Bundan əlavə, Fondun qızıla yatırımlarında nəzərəçarpan fərqmüşahidə olunur. Ümumilikdə, ARDNF-in son illərdə həyata keçirdiyiən diqqətçəkən addımlardan biri qızıl ehtiyatlarınınartırılmasıdır. 2025-ci ildə Fondun qızıl ehtiyatları 200 tonaçatdırılıb ki, bu da 2020-ci illə müqayisədə 96,5% artım deməkdir.Qızılın portfeldə payının 38,2%-ə yüksəlməsi Fond üçün geosiyasirisklərə qarşı qoruyucu mexanizm, inflyasiya təzyiqlərininneytrallaşdırılması, uzunmüddətli dəyər qorunması baxımındanstrateji əhəmiyyət daşıyır. Qlobal mərkəzi bankların qızılalışlarını artırdığı və qiymətlərin tarixi maksimumlarayaxınlaşdığı bir dövrdə bu strategiya ARDNF üçün əlavə dəyəryaradıb.
İl | ARDNF-nin qızıla ehtiyatları (ton) |
2020 | 101,8 |
2021 | 101,8 |
2022 | 101,8 |
2023 | 101,8 |
2024 | 146,6 |
2025 | 200 |
Rəqəmlər də təsdiqləyir ki, bu struktur dəyişiklikləri ARDNF-ininflyasiya risklərini azaldan, gəlirliliyi artıran və uzunmüddətlisabitliyə yönəlmiş portfel strategiyasına keçdiyini aydın şəkildəgöstərir.
Son illər Fond dayanıqlı enerji və infrastruktur yatırımlarıüzrə strateji tədbirlərini artırmaqdadır. Təkcə 2025-ci ildə olannailiyyətləri qeyd etməklə bu istiqamətə verilən önəmi göstərməkolar. 2025-ci ildə ARDNF investisiya siyasətində dayanıqlı enerjivə strateji infrastruktur layihələrinə xüsusi üstünlük verib. İlərzində Fondun portfelinə daxil olan əsas layihələrdənaşağıdakıları qeyd edə bilərik:
ADNOC Gas Pipeline Assets (BƏƏ) – 50 milyon ABŞ dolları;Enfinity Global (İtaliya, 402 MVt günəş enerjisi) – 49% pay; Italo(İtaliya, yüksək sürətli dəmir yolu) – infrastruktur yatırımı.
Bundan başqa, bu ilin yanvar ayında Azərbaycan RespublikasıDövlət Neft Fondu (ARDNF) Davosda aktivlərin idarə edilməsi üzrədünyanın ən böyük şirkətlərindən olan “BlackRock” və onun törəməşirkəti “Global Infrastructure Partners” (GIP) ilə uzunmüddətlistrateji əməkdaşlıq niyyətini rəsmiləşdirdi. Əməkdaşlıq qlobalinfrastruktur fondlarına çıxışla yanaşı, Azərbaycanda vəAzərbaycanla əlaqəli infrastruktur layihələrinə investisiyaimkanlarını nəzərdə tutur.
Bütövlükdə, bu layihələr ARDNF üçün uzunmüddətli, sabit vəproqnozlaşdırılan gəlir axınları formalaşdırmaqla yanaşı, Fondunenerji keçidi və yaşıl iqtisadiyyat gündəliyinə uyğun mövqeyini dəgücləndirir.
ARDNF-in maliyyə gücü və idarəetmə keyfiyyəti aparıcı beynəlxalqreytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir.“Moody’s” Azərbaycanın “Baa3” suveren reytinqini böyük həcmdəyığılmış ARDNF aktivləri ilə əsaslandırır. “S&P Global Ratings”Fondu ölkənin fiskal və xarici buferlərinin əsas dayağı kimi təqdimedir. “Fitch Ratings” isə ARDNF-in aktivlərinin 2025–2027-ciillərdə də dayanıqlı artımını proqnozlaşdırır.
Bu qiymətləndirmələr Fondun təkcə maliyyə göstəricilərini deyil,eyni zamanda institusional etibarlılığını və strateji idarəetməmodelini təsdiqləyir.
Beləliklə, 2020–2025-ci illər Azərbaycan Respublikası DövlətNeft Fondu üçün strateji yetkinlik və transformasiya dövrü kimixarakterizə olunur. Bu müddət ərzində Fond aktivlərini rekordsəviyyəyə yüksəltdi, investisiya portfelini effektiv şəkildəşaxələndirdi, dövlət büdcəsinin əsas dayaq sütunlarından biriolaraq mövqeyini qorudu, eləcə də beynəlxalq maliyyə dairələrindəetimadı daha da gücləndirdi.
Bu gün ARDNF təkcə milli sərvət fondu deyil, eyni zamanda qlobalmiqyasda tanınan, müasir və dayanıqlı suveren investor kimi çıxışedir və Azərbaycanın gələcək nəsilləri üçün uzunmüddətli iqtisaditəhlükəsizlik təmin etməyə davam edir.