RU

Ətraf mühiti pozanlara qarşı cərimələr tətbiq olunacaq

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özbəkistanda təbiətə zərər verən bir sıra pozuntulara görə hüquqi şəxslərə maliyyə cərimələri tətbiq ediləcək. Xüsusilə, çay yataqlarından bərpa olunmayan materialların qanunsuz çıxarılması, suyun çirklənməsi, ağac və kolların qanunsuz kəsilməsi, normadan artıq atmosferə zərərli maddələrin atılması, tikinti sahələrində toz və qumun yayılmasının qarşısının alınmaması, icazəsiz yerlərdə tullantıların yandırılması zamanı cərimələr tətbiq olunacaq.Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının ekologiya və ətraf mühitin mühafizəsi sahəsində dəyişikliklər haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edilməsi ilə mümkün olub.Həmçinin, istixanalarda, istehsal binalarında və yandırma avadanlıqlarında təkərlərin, bitumun, yanacaq yağının, kətan yağının, rezin və oxşar zərərli tullantıların yandırılması da inzibati məsuliyyətə səbəb olacaq.Qanun layihəsində sənaye və digər tullantıların toplanması, daşınması, saxlanması, utilizasiyası və emalı proseslərində ekoloji tələblərə əməl edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
newscenter.az

1Источники