ONN media film və serial çəkilişi zamanı həyatını itirən türkiyəli məşhurların adlarını təqdim edir:
Aktrisa Evin Esen
"Akasya durağı" serialının çəkilişi zamanı beyninə qan sızaraq halı pisləşib. Ona ilkin müdaxilələr edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Aktyor Kemal Sunal
O "Balalayka" filminin çəkilişləri üçün Trabzon şəhərinə getməli olub. Bu zaman təyyarəyə minən aktyor həyatını itirib. Kemal Sunal orada infarkt keçirərək vəfat edib.
Aktyor Akil Öztuna
O da film çəkilişi zamanı həyatını itirən məşhurlardandır. Aktyor "Tosun paşa" filminin çəkilişi zamanı dəvədən yıxılaraq ölüb.
Aktyor Haldun Boysan
O "Maria ve Mustafa" filminin çəkilişi üçün getdiyi Nevşehirdə vəfat edib. Aktyor orada infarkt keçirib.
Aktyor Bilal İnci
O serial çəkilişi üçün qaldığı bir oteldə infarkt keçirərək vəfat edib.