İsrail Müdafiə Qüvvələri (SAXAL) bu həftə sonu ABŞ-nin İrana mümkün zərbəsinə hazırlaşır.
Qaziler.az bildirir ki, bu barədə “The War Zone” qəzeti İsrailin yüksək vəzifəli hərbi rəsmisinə istinadən məlumat verib.
“SAXAL gələn həftə sonu ABŞ-nin mümkün zərbəsinə hazırlaşır. Amma yenə də dəqiqlik yoxdur. Hamısı bir nəfərin fikrindən asılıdır", - mənbə ABŞ prezidenti Donald Trampa istinadən bildirib.
“The War Zone” qəzetinin qeydinə görə, potensial yeni münaqişənin digər bir əlaməti İsrail hakimiyyətinin xarici aviaşirkətlərə 31 yanvar və 1 fevral tarixlərində təhlükəsizlik riskinin artdığı dövrlər ola biləcəyi barədə məlumat verməsidir. Bu, ABŞ-nin İrana hərbi zərbə endirəcəyini göstərə bilər. İsrail hava məkanının bağlanması halında, xarici aviaşirkətlərə uçuşlar prioritet olaraq veriləcək.
QAZİLER.AZ