“Qarabağ”ın vingeri Aleksey Kaşuka bir neçə xarici klub maraq göstərir.
İdmanxeber.az Ukraynanın legioners.ua saytına istinadən xəbər verir ki, ukraynalı futbolçu ABŞ, Səudiyyə Ərəbistanı, Polşa və İsrail təmsilçilərinin diqqət mərkəzindədir.
Xüsusilə MLS-də çıxış edən bəzi klubların transferlə bağlı araşdırma apardığı bildirilir.
Kaşuk bu mövsüm 25 oyunda forma geyinib və onun “Qarabağ”la müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir.