RU

Mən Aygünün atasıyam Video

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Xalq artisti Aygün Kazımovanın ad gününə qatılanlar arasında onun müəllimləri də yer alıb. 

Axşam.az-ın məluamtına görə, Pop divanı təbrik edənlər arasında Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə və Cavanşir Quliyev də olub.

C.Quliyev jurnalistlərə açıqlamasında Kazımovanın yaradıcılığından danışıb, ona sevgisini dilə gətirib:

"Mən Aygünün atasıyam. İlk addımlarından onun yanında olmuşam. Aygünün yaradıcılığını onun 17-18 yaşından izlədim, ona yardım etdim, yanında oldum. Hətta bəzi hallarda şəxsi həyatında da rol oynamışam. Buna görə də Aygün mənə doğmadır. Müğənnilikdən başqa, insani tərəfdən də doğmadır. Aygün Kazımova müasir estradanın ən önəmli fiqurlarından biridir. 80-ci illərin sonundan əyləncəli musiqinin modasını, tərzini müəyyənləşdirir, həm repertuarında, həm də səhnə həyatında".

Bəstəkar Kazımovaya arzularını da dilə gətirib:

"Ona can sağlığı arzulayıram. Yaradıcılıq ömrünün mümkün qədər uzun olmasını istəyirəm. Çünki Aygünə bənzər ikinci görmürəm".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam.az_magazine (@axsam.az_magazine)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
axsam.az

1Источники