RU

Gənc cüdoçulara yeni qaydalarla bağlı maarifləndirici seminar təşkil olunub - FOTO

Gənc oğlanlardan ibarət Azərbaycan yığmasının üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı maarifləndirici seminar təşkil olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb.

Seminar ACF-nin Hakimlər Komitəsinin sədri Natiq Bağırov və qurumun hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə baş tutub.

Tədbir çərçivəsində qaydalardakı yeniliklər idmançılara praktik nümunələr üzərindən təqdim olunub, müxtəlif epizodlar əsasında hakim qərarlarının formalaşma meyarları geniş şəkildə müzakirə edilib. Seminarın əsas məqsədi yeni tələblərin idmançılar tərəfindən daha dəqiq mənimsənilməsini təmin etmək, yarış zamanı yarana biləcək anlaşılmazlıqların qarşısını almaq və taktiki hazırlığın effektivliyini artırmaqdır.

İdman.Biz
Избранный
7
5
idman.biz

10Источники