RU

Qazaxıstan və İsrail vizasız rejim haqqında sənəd imzaladı



Qazaxıstan və İsrail vizasız rejim haqqında memorandum imzalayıb.

aia.az “Kazinform”a istinadən xəbər verir ki, Astanada keçirilən rəsmi danışıqların nəticələrinə əsasən Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev israilli həmkarı Gideon Saarla bir sıra ikitərəfli sənədlər imzalayıb.

Danışıqlar zamanı ticari-iqtisadi, investisiya, innovasiya və humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Yermek Koşerbayev qeyd edib ki, İsrailin xarici işlər nazirinin səfəri ölkələrin ikitərəfli münasibətləri möhkəmləndirmək üçün qarşılıqlı istəyindən xəbər verir./APA

aia.az



Избранный
43
6
aia.az

7Источники