RU

Mingəçevirdə vəzifədən çıxdı Moskvada özünə iş tapdı

ain.az bildirir, Konkret.az portalına istinadən.

“Artıq 2 il 6 aydır ki, Mingəçevir Dövlət Dram Teatrından uzaqlaşmışam. O vaxtlar həmin teatrda baş rejissor yox idi. Direktor əvəzi vardı. Hazırda Moskva vilayətində yerləşən teatr kollecində rejissor və aktyor sənəti ilə bağlı dərs deyirəm. 2 ildən çoxdur ki, burada yaşayıram”.

KONKRET.az bildirir ki, bunu “Yeni Sabah”a açıqlamasında Mingəçevir Dövlət Dram teatrının keçmiş baş rejissoru Vüsal Mehrəliyev deyib.

O, Azərbaycanda dövlət teatrlarında baş rejissor, baş rəssam və bədii rəhbər ştatlarının ləğv olunmasına münasibət bildirib:

“Xəbərim var. Düzü, məsələni qiymətləndirməkdə çətinlik çəkirəm. Lakin istənilən halda düşünürəm ki, bir bildikləri var. Amma baş rejissorsuz teatr mümkün deyil. Teatrda rejissor bədii istiqaməti müəyyən edən əsas şəxsdir”.

V.Mehrəliyev qeyd edib ki, teatrlarda rejissor ən əsas vəzifələrdən biridir:

“Yəqin ki, alternativ fikirləri var. Vəzifənin adı nə olursa-olsun, onu idarə edən şəxs mütləq rejissor olmalıdır. Çünki o, gedişin istiqamətini bilir. Tetarda 20 nəfər rejissorun olması belə mümkündür. Lakin hamısı bir istiqamətə yönəlməlidir. Bunu da baş rejissor təyin etməlidir. Adı dəyişib nə qoyurlar qoysunlar, müasir teatrda rejissor ən əsas vəzifələrdən biridir”.

Qeyd edək ki, Vüsal Akif oğlu Mehrəliyev 2016-cı ildən Moskvada B.Şukin adına Teatr İnstitutunda 6 il müddətində teatr rejissoru sahəsində təhsil alıb. 2022-ci ildə mədəniyyət nazirinin əmri ilə Vüsal Mehrəliyev Mingəçevir Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub. O, 2 ilə yaxın bu vəzifəni icra edib. Dram və kino aktyoru olaraq bir neçə filmdə, serialda və televiziya tamaşasında rol alıb. Hazırda Moskvada yaşayır.

Xatırlatma: Mədəniyyət Nazirliyi dövlət teatrlarının yeni əsasnamələrini, struktur və ştat cədvəllərini təsdiqləyib. “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, qəbul edilən qərar nəticəsində dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və digər buna bənzər vəzifələr ləğv edilib. Onların əvəzində isə Yaradıcılıq, Tərtibat, Maliyyə və Marketinq əsaslı şöbələr yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
2
konkret.az

3Источники