“Liverpul” "Qarabağ”la oyunla bağlı sosial media hesabında paylaşım edib.
Sportinfo.az xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin loqosunda 2 ulduz əvəzinə yalnız 1 ulduzun olduğu diqqət çəkib.
Klub emblemlərindəki ulduzlar qazanılan çempionluq titullarının sayını bildirmək üçün istifadə olunur.
“Qarabağ”da hər ulduz Azərbaycan çempionatında beş qələbəni simvolizə edir, Ağdam klubu hazırda 12-qat ölkə çempionudur ki, bu da emblemdəki iki ulduzda əks olunur.
Komandaların İngiltərədəki görüşü yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Görüş Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turu çərçivəsində olacaq.
