RU

Yanvarın sonunun havası ilə bağlı XƏBƏRDARLIQ: Qar yağacaq, yoxsa…?

Son günlər ölkə ərazisində havaların qəfil və kəskin şəkildə soyuması qışın artıq öz sözünü deməyə başladığını göstərir. Temperaturun sürətlə aşağı düşməsi, güclü küləklər və artan rütubət fonunda atmosferdə baş verən dəyişikliklər yaxın günlərdə yağıntıların, xüsusilə də qarın müşahidə olunacağı ehtimalını gücləndirir. Sakinlər arasında “qar yaxınlaşırmı?” sualı getdikcə daha çox səslənir.

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Bakıda hazırda hiss edilən soyuq və mülayim külək, atmosferdə soyuq hava kütlələrinin hakim olduğunu göstərir.

“Hazırda havanın temperaturu 3°C civarındadır, lakin “Xəzri” küləyi bu havanı sanki -2°C və ya daha aşağı kimi hiss etdirir.
Qar yağması üçün yerə yaxın qatda temperaturun 0°C-yə yaxın olması vacibdir. Bu gün (27 yanvar) üçün qar və ya sulu qar ehtimalı çox azdır”.

Ekspert qeyd edir ki, Bakı üçün xarakterik olan güclü şimal küləyi rütubəti qovduğu üçün bəzən kəskin soyuq olsa da, göydən düşən yağıntı yerə çatmadan buxarlanır və ya çox zəif olur.

“Sabahdan (28 yanvar) etibarən havanın temperaturunun bir neçə dərəcə yüksələrək 7-9°C-yə çatacağı proqnozlaşdırılır ki, bu da növbəti bir neçə gündə yağıntıların əsasən yağış şəklində olacağından xəbər verir”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
18
konkret.az

1Источники