RU

Kəmaləddin Heydərov xanımının qohumunu işdən çıxardı

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş İdarəsinin rəis müavini vəzifəsindən azad olunub.

Əmrə əsasən, Mübariz Abduyev öz ərizəsi ilə vəzifədən azad olunaraq, dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Kəmaləddin

Mübariz Abduyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevin qardaşıdır. Sadiq Abduyev 2018-ci ildə “dərman mafiyası”na qarşı hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat zamanı vəzifəsindən azad olunub.

Editor.az bildirir ki, Oxu24.com-un əldə etdiyi məlumata görə, vəzifəsini itirən Mübariz Abduyev Kəmaləddin Heydərovun  həyat yoldaşı Ruhəngiz Heydərovanın əmisi oğludur.

Ruhəngiz Heydərovanın əmisi olan Tofiq Abduyevin 5 övladı var.

Oxu24.com Abduyevlərin qohumluq əlaqəsi olan şəxsləri ilə bağlı fotofaktı təqdim edir:

Kəmaləddin

Onlar əslən Ağdaş rayonunun Üçqovaq kəndindəndirlər. Sonradan Qəbələyə köçüblər.

CityPost.az saytının yazdığına görə, işdən çıxarılan Mübariz Abduyevin digər qardaşı Etibar Abduyev uzun müddət daxili işlər orqanlarında yüksək vəzifələrdə çalışıb.

O,bir neçə rayonun Polis İdarəsinin rəisi olub. Hazırda təqaüddədir.

Kəmaləddin

Избранный
2
1
editor.az

2Источники