Onkoloji xəstəliklər də İcbari Tibbi Sığorta Zərfinə daxil oluna bilər.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, 2027-ci ildən uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta hesabına aparılması nəzərdə tutulur.