RU

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçiriblər.

"Unikal" xəbər verir ki, əməliyyat nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bərdə rayonunun Yeni Həyət kəndindən Çəmənli kəndi istiqamətinə gedən yolun üzərindəki körpünün yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
 

Избранный
8
9
unikal.az

10Источники