RU

Maliyyə Nazirliyindən Beynəlxalq Valyuta Fonduna transfer oldu

Maliyyə Nazirliyinin şöbə müdiri Beynəlxalq Valyuta Fonduna (IMF) transfer olunub.

Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, Maliyyə Nazirliyinin Makroiqtisadi Təhlil və Fiskal Risklərin İdarə Edilməsi Şöbəsinin müdiri Elmir Eyvaz-zadə IMF-də xüsusi təyinatla cəlb olunmuş iqtisadçı (Special Appointee Economist) kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, Elmir Eyvaz-zadə 2018-ci ildən Nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.

Məlumata görə, o, IMF-in Yaxın Şərq və Mərkəzi Asiya Departamentində (MCD) analitik və tədqiqat fəaliyyəti ilə məşğul olacaq.

Избранный
28
5
bakivaxti.az

6Источники