“Çelsi” heyətini gənc futbolçu ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, London klubu “Şeffild Uenzdey”dən 17 yaşlı müdafiəçi İsi Alaonu transfer edib. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
“Çelsi” bu keçid üçün 500 min avro ödəyib.
İngiltərəli futbolçu cari mövsümdə “Şeffild Uenzdey”in əsas heyətində 5 rəsmi oyunda forma geyinib.