RU

Qlobal brokerlərlə Bakı Fond Birjasının inteqrasiyası üzrə danışıqlar aparılır - Ruslan Xəlilov

Bakı. Trend:

Bakı Fond Birjasının qlobal maliyyə bazarlarına inteqrasiyasıistiqamətində regional və beynəlxalq brokerlərlə müzakirələraparılır.

Bunu Trendmüsahibəsində Bakı Fond Birjasının (BFB) İdarəHeyətinin sədri Ruslan Xəlilov deyib.

R. Xəlilov ötən il əldə edilmiş nailiyyətlərdən bəhs edərkən BakıFond Birjasının Tabadul layihəsi çərçivəsində Abu Dhabi Exchange(ADX ), Milli Depozit Mərkəzi və Azər Türk Bank arasında kollektivmübadilə razılaşması imzaladığını xüsusi vurğulayıb və buəməkdaşlığın perspektivlərindən danışıb:

“Bu sənəd texnoloji qoşulmaların və test mərhələsininbaşlanmasına imkan verdi. Hazırda BFB “Tabadul Trading Hub”a(Tabadul Ticarət Mərkəzi) texnoloji inteqrasiya üzrə testləri davametdirir. Bu işlərin əsas məqsədi həm yerli bazar üzrə inteqrasiyanıgücləndirmək, həm də “cross-border integration”ı (sərhədlərarasıinteqrasiya) problemsiz şəkildə həyata keçirməkdir. Tabadul Hubbirja-hub modeli kimi fəaliyyət göstərir və müxtəlif ölkələrinbirjalarını vahid məkanda birləşdirir. Bu mexanizm vasitəsilə,məsələn, Əbu-Dabidə fəaliyyət göstərən hər hansı bir broker BakıFond Birjasında birbaşa ticarət apara bilər. Bunun üçün isə həminbroker Bakı Fond Birjasının üzvü olmalıdır. Hazırda müvafiqqanunvericilik hansısa xarici brokerin Bakı Fond Birjasının üzvüolmasına qadağa qoymur. Lakin burada bir çox tələblər var. Məsələn,xarici brokerin Bakı Fond Birjasına qoşulması üçün buradaofislərinin açılması və yaxud yerli əlaqələndirici nümayəndəsininolması tələb olunur. Bu tələblərin daha da sadələşdirilməsi üçünbiz AR Mərkəzi Bankı tərəfindən aparılan qiymətli kağızlar bazarıhaqqında qanunvericiliyə baxış və dəyişikliklərin təklif olunmasılayihəsi çərçivəsində Mərkəzi Bankla öz fikirlərimizibölüşmüşük".

R. Xəlilov vurğulayıb ki, hazırda inteqrasiya prosesləri əsasənTabadul platforması üzərindən həyata keçirilir: "Bununla yanaşı,bir sıra regional və qlobal brokerlərlə də aktiv danışıqlaraparılır. Şəxsən öz iştirakımla keçirilən bu görüşlərdə qlobalbrokerlərin öz sistemlərinə Bakı Fond Birjasının (BFB)platformasını qoşması üçün hansı şərtlərin tələb olunduğu, hansımeyarlara diqqət yetirildiyi, eləcə də bazarın dövriyyəsi ilə bağlıgözləntiləri müzakirə olunur.

Bu istiqamətdə əsas məqsəd ondan ibarətdir ki, gələcəkdə beləbir inteqrasiya mümkün olarsa, bunun üçün hansı texniki,institusional və bazar şərtlərinin təmin edilməli olduğunuəvvəlcədən müəyyənləşdirək. Eyni zamanda, bu modelin yerli bazarüçün hansı üstünlüklər yarada biləcəyi və hansı potensialçatışmazlıqların mövcud ola biləcəyi də təhlil edilir.

Qeyd edim ki, qlobal brokerlərin əksəriyyəti “multinational tradingfacility” (çoxtərəfli ticarət platforması) modeli əsasındafəaliyyət göstərir və adətən “smart order routing” (ağıllı sifarişyönləndirmə) sistemi tətbiq edirlər. Bu sistem vasitəsiləplatformada göstərilən qiymətli kağız bir neçə birjadalistinqdədirsə, sifariş avtomatik olaraq ən aşağı qiymət və ənminimal komissiya təklif edən bazara yönləndirilir. Bu baxımdan ənazı həmin platformalarda Bakı Fond Birjasında ticarətdə olan vəkotirovkaya çıxarılmış qiymətli kağızların nümayiş etdirilməsibelə, bazarımız üçün mühüm bir inteqrasiya addımı ola bilər".

Избранный
119
az.trend.az

1Источники