RU

Ötən il 11 mindən çox qadın peşə kurslarına cəlb edilib - Agentlik rəsmisi

2025-ci ildə 18 mindən çox şəxs peşə hazırlığı proqramlarına cəlb olunub. Bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, peşə hazırlığına cəlb olunanların 11 mindən çoxunu qadınlar təşkil edib. Proqram çərçivəsində 175 peşə prioritet istiqamət kimi müəyyən edilib.


Hasil Abbasov qeyd edib ki, peşə hazırlığı üzrə təlimlər ölkə üzrə dörd peşə hazırlıq mərkəzində təşkil olunub.

Gülnar Nazimqızı

Избранный
24
1
anews.az

2Источники