RU

“Rusiya komandanlığının tükədici taktikası Ukraynada heç bir nəticə vermir”

“Ukrayna cəbhəsində son vaxtlar çox maraqlı hadisələr baş verir. Ukrayna Xüsusi Təyinatlıları Zaporoje istiqamətində irəlləyib.Xüsusi təyinatlılar kiçik Tokmaçkanın cənub kənarına çıxıblar və əvvəlcə işğalçılar tərəfindən nəzarət edilən mövqeləri ələ keçiriblər. Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin bildirib ki, işğalçılar Xerson vilayətindəki Oleksiivski adasındakı mövqelərini tərk ediblər. Məlumata görə həmən mövqelərdə olan Rusiya ordusunun bölmələri öz başına mövqeləri tərk etməsindən Ukrayna ordusu istifadə edib”.

Adalet.az xəbər verir ki, bunu hərbi bloger Tofiq Şahmuradov deyib. 

O, bildirib ki, Rusiya Silahlı Qüvvələrinin komandanlığının tükədici taktikası Ukraynada heç bir nəticə vermir:

“Aramsız hücumlara baxmayaraq, cəbhənin heç bir istiqamətində irəlləyiş mümkün deyil, hücumlar çox ağır itkilərlə nəticələnir. Rusların bizdən 10 nəfər, düşməndən 5 nəfər getsə sonda biz qalib gələciyik düşüncəsi dağıdılıb. Çünki itki nisbəti hal-hazırda 1/10 deyil heç. Elə döyüş epizodları var ki, Ukrayna ordusu 1 nəfər itki vermədən ruslara 100-lərlə itki verdirirlər suni intelektlə idarə olunan dronlarla. Rusların aylıq döyüş itkiləri təqribən 30-35 min civarındadır. Orduya qəbul etdikləri aylıq hərbi qulluqçu sayı 43-45 min civarındadır. Yaşayış məntəqələrinin verdiyi avantajdan istifadə edən Ukrayna ordusu demək olar ki, üzbə-üz kontakt döyüşə girmir. Qruplar şəklində bölünən ukrayna ordusu yaşayış binalarının zirzəmilərində oturub təklükəsiz vəziyyətdə gözlüyür, rusların hücumlarının qarşısı dronlar vasitəsi ilə tam şəkildə alınır. Ehtiyac yarandığı təqdirdə bölmələr kontakt döyüşə girirlər. Yayılan kütləvi video görüntülərdən Rusiya ordusunun mənəvi-psixoloji hazırlığının hansı səviyyədə olduğun göstərir. Ağır itkilər, havanın kəskin soyuq olması, orduda mənəvi-psixoloji vəziyyəti tam aşağı salıb”.

Vasif

Избранный
9
1
adalet.az

2Источники