RU

Sara Aşurbəylinin xatirəsi anıldı

Kulis.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün tarix elmləri doktoru, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi Sara Aşurbəylinin anadan olmasının 120 illiyi tamam olur.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin mənalı həyat yolu və zəngin elmi fəaliyyətindən bəhs edən “Vətən tarixinin görkəmli tədqiqatçısı” adlı biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, biblioqrafik icmalda görkəmli şəxslərin Sara Aşurbəyli haqqında söylədikləri dəyərli fikirlər, həyat və yaradıcılığı haqqında məlumat, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Sara Aşurbəylinin rənglər dünyası”, tarix elmləri doktoru, professor Kərim Şükürovun “Dünya qadın tarixçiliyi: şəxsiyyət və əfsanə”, Lalə Azərinin “Milli tarixi yaddaşa işıq salan alim” adlı məqalələrin tam mətni təqdim edilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən https://www.ryl.az/funds/biblioqrafik-icmal vəsaitdə Sara Aşurbəylinin müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat məqalələrinin siyahısı yer alır.

Virtual kitab sərgisində “Şirvanşahlar dövləti”, “Bakı şəhərinin tarixi”, “Bakı şəhərinin ensiklopediyası” kimi Azərbaycan və rus dillərində nəşr edilən kitabların və “Sara Aşurbəyli Azərbaycanın və Bakının tarixinin ümummilli səviyyədə tədqiqinə misilsiz töhfələr verib”, “Sara Aşurbəylinin rənglər dünyası”, “Zadəgan təmkini - Sara Aşurbəyli” kimi məqalələrin tam mətni təqdim edilir.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/sara-asurbeyli-120 yerləşdirilib.

"Namik Kamal onu oğulluğa necə qəbul edə bilərdi?" - İmzalar içində Hadi

Şəhriyardan Xameneiyə ustad dərsi: "Gördün işin əyildi, durma, əkil..."

“Ayı” adlı tamaşanın məşqlərinə başlanıldı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
50
2
kulis.az

3Источники