RU

Zaur Əliyevdən qeyri-formal məşğulluqla bağlı yeniliyə açıqlama » AzadMedia.az


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklərə aydınlıq gətirib.
Onun sözlərinə görə, icbari tibbi sığorta sistemi 2021-ci ildən ölkə üzrə tam tətbiq olunur və bu müddət ərzində dövlət müəyyən sosial qrupların sığorta haqlarını öz üzərinə götürüb. Beləliklə, beş il ərzində həmin vətəndaşların tibbi xidmət xərcləri dövlət hesabına qarşılanıb. İndi isə sistemin növbəti mərhələsinə keçid nəzərdə tutulur və məqsəd daha hədəfli maliyyələşmə mexanizminin tətbiqidir.
Qanuna edilən əsas dəyişikliklərdən biri sığorta olunan şəxslərin dairəsinin dəqiqləşdirilməsi və qeyri-formal məşğulluqla məşğul olan şəxslərin icbari tibbi sığorta sistemində iştirak qaydalarının tənzimlənməsi ilə bağlıdır. Bu kateqoriyaya aid olan şəxslər bundan sonra icbari tibbi sığorta üzrə ödənişləri özləri həyata keçirəcəklər. Digər vətəndaşlar üçün isə mövcud ödəniş mexanizmi dəyişməz qalır.
Zaur Əliyev qeyd edib ki, rəsmi işləyən şəxslər sığorta haqlarını maaşlarından ödədiyi kimi, qeyri-formal fəaliyyət göstərənlərin də sistemdə eyni prinsiplə iştirakı ədalətli bölgüyə xidmət edir və icbari tibbi sığorta sisteminin maliyyə dayanıqlığını gücləndirir.
Bildirilib ki, bu mexanizmin tətbiqi Nazirlər Kabinetinin müvafiq qaydası qüvvəyə mindikdən sonra mümkün olacaq. Həmin vaxta qədər qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər mövcud qaydalarla icbari tibbi sığortadan istifadə etməyə davam edəcəklər.
Избранный
68
1
azadmedia.az

2Источники