RU

Yüksək qan təzyiqi ilə bağlı bəzi dərmanlar tibbi sığorta hesabına veriləcək

Yüksək qan təzyiqi ilə bağlı bəzi dərmanlar tibbi sığorta hesabına veriləcək.

Xezerxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2026-cı ildə icbari tibbi sığortanın Xidmətlər Zərfinin əhatə dairəsi genişləndiriləcək:

"Bunlardan birincisi travmatologiya sahəsidir. Tibbi göstəriş olduqda, revizion protezləmə, yəni ilkin protezin yenisi ilə əvəz olunmasının icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulur. Bununla yanaşı, neyrocərrahiyyə sahəsində mərkəzi və periferik sinir sisteminə dair diaqnostik və cərrahi müdaxilələrin, oftalmologiya sahəsində görmə qabiliyyətinin bərpası və qorunmasına yönəlmiş müasir və effektiv xidmətlərin, kardiologiya sahəsində invaziv kardiologiya və kardiocərrahiyyə üzrə minimal invaziv və yüksək texnoloji tibbi xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur".

Z.Əliyev çıxışında 2026-cı ildə resept əsasında yazılan ambulator dərmanların qarşılanması barədə yenilikləri də açıqlayıb:

"Azərbaycan üzrə ölüm riskinin əsas səbəblərindən birincisi ürək-damar xəstəlikləridir. Bu səbəbdən, ilkin mərhələdə ürək-damar xəstəliklərinin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziya xəstəliyinin müalicəsində istifadə olunan antihipertenziv dərman vasitələrinin qarşılanması nəzərdə tutulur. İlkin mərhələdə ümumilikdə 76 dərman vasitəsinin təmin olunması planlaşdırılır. Bu dərmanlar 28 təsiredici maddəni əhatə etməklə müxtəlif doza və kombinasiyalar üzrə təqdim olunacaq".

Избранный
11
13
xezerxeber.az

10Источники