RU

Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı 70%-i ötüb

2025-ci ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində əsas pay ABŞ dollarına aid olub.

Teleqraf xəbər verir ki, 73 milyard 539,7 milyon ABŞ dolları olan portfelin 51 milyard 772,4 milyon dolları bu valyutada yerləşdirilmiş vəsaitlərdir. Bu da portfelin 70,4 faizi deməkdir.

Portfeldə avronun payı 10 milyard 926,5 milyon (17,5%), ingilis funt sterlinqinin 2 milyard 659,3 milyon (4,9%), Çin yuanının 11 milyard 447,5 milyon (2,2%), yapon yeninin 150 milyard 938,9 milyon (1,3%), digər valyutaların isə 2 milyard 703 milyon dollar (3,7%) olub.

Qeyd edək ki, 2024-cü ildə fondun cəmi investisiya portfeli 60 milyard 29,5 milyon dollar olub. Portfelin 66,5%-i dollarda, 21,1%-i avroda, 4,9%-i ingilis funt sterlinqində, 2,6%-i Çin yuanı və 1,4%-i yapon yenində, 3,5%-i isə digər valyutalarda yerləşdirilmiş vəsaitlər olub.

Избранный
57
teleqraf.com

1Источники