RU

Holann Madridə hansı qiymətə yollana bilər?

Erlinq Holann yayda “Mançester Siti”ni tərk edə bilər.

"Football-plus.az" xəbər verir ki, “Real” hücumçunu heyətinə qatmağa çalışacaq.

İspaniya klubunun prezidenti Florentino Peres 25 yaşlı norveçli futbolçunun transferində şəxsən maraqlıdı. Mümkün keçid bonuslar və futbolçunun maaşı da nəzərə alınmaqla “Real”a ümumilikdə 500 milyon avroya başa gələ bilər.

Holannın MS ilə müqaviləsinin müddəti 2034-cü ilin yayına qədərdi. Erlinq cari mövsümdə bütün turnirlərdə 29 oyuna çıxıb, 26 qol vurub və 4 məhsuldar ötürmə verib.

Избранный
6
football-plus.az

1Источники