RU

Narkotik vasitənin təsiri altında çoxsaylı qayda pozuntularına yol verən sürücü saxlanıldı

Bakı. Trend:

Narkotik vasitənin təsiri altında çoxsaylı qayda pozuntularınayol verən sürücü saxlanıldı (VİDEO)

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindənBakı–Qazax avtomobil yolunun 290-cı kilometrliyində dövlətqeydiyyat nişanı olmayan “Shacman” markalı yük avtomobilinə “saxla”işarəsi verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarının qanunitələbinə tabe olmayaraq hərəkətini davam etdirib.

Trend xəbərverir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilir ki, o, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəlimanevrlər edərək digər yol hərəkəti iştirakçıları üçün real təhlükəyaradıb. Görülmüş zəruri tədbirlər nəticəsində nəqliyyat vasitəsisaxlanılıb.

Araşdırma zamanı sürücünün Güloğlan Həsənov olduğu müəyyənedilib. Onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altındaidarə etdiyi, eyni zamanda sürücülük hüququ olmadan, həmçinin kütləparametrlərinin aşılması ilə bağlı təkrar qayda pozuntusuna yolverdiyi məlum olub.

Saxlanıldıqdan sonra sürücü tərəfindən süni gərginlik yaratmaqcəhdləri müşahidə edilsə də, yol-patrul xidməti əməkdaşlarınınçevik müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına alınaraq həmincəhdlərin qarşısı vaxtında alınıb.

G.Həsənov barəsində toplanmış materiallar aidiyyəti üzrəməhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, inzibati qaydadahəbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, yol hərəkətiqaydalarını kobud şəkildə pozan, eləcə də polis əməkdaşlarınınqanuni tələblərinə tabe olmayan sürücülərin məsuliyyətdən yayınmaqcəhdləri yolverilməzdir və bu kimi hallara qarşı qanunvericiliyintələblərinə uyğun olaraq qətiyyətli tədbirlər görülür.

Избранный
114
22
az.trend.az

10Источники