RU

“İrandakı rejim ən zəif vəziyyətdədir...” ABŞ kəşfiyyatı Trampa hesabatlar təqdim edib

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İranda mövcud hakimiyyətin zəiflədiyini göstərən bir neçə kəşfiyyat hesabatı alıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “New York Times” qəzeti ABŞ hökumətindəki mənbələrə istinadla yazır.

Qəzetin məlumatına görə, İran hakimiyyəti 1979-cu il İslam İnqilabından - şah rejiminin devrilməsindən bəri ən zəif vəziyyətindədir. Ötən ilin sonlarından başlayan kütləvi etirazlar ölkənin demək olar ki, bütün bölgələrini əhatə edib. Etirazların, ənənəvi olaraq mövcud rejimə dəstəyin yüksək olduğu regionlarda belə genişlənməsi Tehrandakı hakim dairələr üçün ciddi siqnal kimi qiymətləndirilir.

İranda yaranmış böhran ABŞ Prezidenti Donald Trampın da sərt bəyanatları ilə müşayiət olunub. Tramp bəzi çıxışlarında Vaşinqtonun etirazçıların müdafiəsi məqsədilə güc tətbiq edə biləcəyini istisna etməyib. Lakin “New York Times” yazır ki, Ağ Evin hazırda hansı konkret addımları nəzərdən keçirdiyi hələlik dəqiq deyil. Prezidentin yaxın çevrəsində hərbi gücdən istifadə məsələsində fikir ayrılığı mövcuddur.

Qeyd olunur ki, Donald Tramp son günlər Tehrana ünvanlanan birbaşa hədələrdən çəkinib. Bu, İran hakimiyyətinin etirazçılardan birinin planlaşdırılan edamını ləğv etməsindən sonra baş verib.

Bu arada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus və “Avraam Linkoln” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu Yaxın Şərq regionuna doğru irəliləyir. Mənbələrin bildirdiyinə görə, Ağ Ev İran ərazisində obyektlərə hava zərbələrinin endirilməsi barədə qərar verərsə, əməliyyatın hazırlanması üçün bir-iki gün kifayət edəcək.

Hazırda Tramp administrasiyası Yaxın Şərqdəki müttəfiqlərlə intensiv məsləhətləşmələr aparır. ABŞ-ın mümkün addımlarının regionda yeni gərginlik dalğası yarada biləcəyi istisna olunmur.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
azpolitika.info

1Источники