RU

Azərbaycana idxal olunan qazın həcmi azlıb - Statistika

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana bəyan edilmiş qaz idxalı 252 milyon 168,36 min kubmetr təşkil edib.

"Yeni Sabah" Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.

İdxal olunan qazın dəyəri isə 39 milyon 150,76 min ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin 11 ayı ilə müqayisədə 2,1 dəfə azdır.

Göstərilən həcmdə Türkmənistan qazının payı 35 milyon 221,03 min ABŞ dolları dəyərində 230 milyon 926,55 min kubmetr təşkil edib. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə kəmiyyət və dəyər ifadəsində 1,6 dəfə azalma olub.

Bundan əlavə, hesabat dövründə Rusiyadan 3 milyon 929,73 min ABŞ dolları dəyərində 21 milyon 241,81 min kubmetr qaz tədarük edilib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyət və dəyər ifadəsində azalma 6,7 dəfə təşkil edib.


Telegram kanalımız
Избранный
21
yenisabah.az

1Источники