RU

30 məşqçinin qiymətləndirilməsi mərhələsinə START

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdo məşqçilərinin peşəkar inkişafını təmin etmək, onların bilik və bacarıqlarını müasir standartlara uyğunlaşdırmaq məqsədilə məşqçilərin sertifikatlaşdırılması proqramını ardıcıl şəkildə davam etdirir.

Hafta.az xəbər verir ki, proqram çərçivəsində III səviyyə məşqçilik hazırlığını yekunlaşdırmış 30 məşqçinin praktik bacarıqlarının qiymətləndirilməsi mərhələsinə start verilib. Qiymətləndirmə prosesi məşqçilərin təkcə nəzəri biliklərini deyil, eyni zamanda real məşq şəraitində tətbiq etdikləri metodiki yanaşmaları, texniki-taktiki hazırlıq səviyyəsini və idarəetmə bacarıqlarını müəyyənləşdirməyə xidmət edir. Praktik qiymətləndirməyə milli yığma komandaların performans direktoru Riçard Trautman rəhbərlik edir. Proses beynəlxalq təcrübəyə əsaslanan metodologiya ilə həyata keçirilir və məşqçilərin hazırlıq səviyyəsinin obyektiv şəkildə qiymətləndirilməsinə xüsusi diqqət yetirilir.

Sertifikatlaşdırma proqramının əsas məqsədi ölkədə məşqçilik institutunun gücləndirilməsi, məşqçilərin peşəkar inkişafına stimulların artırılması və nəticə etibarilə Azərbaycan cüdosunun davamlı uğurlarının təmin olunmasıdır.

Məşqçilərin sertifikatlaşdırılması ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən mütəxəssislər üçün də əlavə imkanlar yaradacaq, vahid metodiki sistemin formalaşmasına və cüdonun inkişafına mühüm töhfə verəcək.

Избранный
42
6
hafta.az

7Источники