Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədərvə Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsindətəlimlər davam edir.
Layihənin məqsədi müəllimlər arasında internetdən düzgünistifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığınartırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişafetdirilməsidir.
Hazırkı mərhələdə korporativ sosial məsuliyyəti layihələriçərçivəsində keçirilən tədbirdə Gəncə – Daşkəsən, Lənkəran –Astara, Quba – Xaçmaz və Mərkəzi Aran Regional Təhsil İdarələrinintabeliyində olan məktəblərdən 100 müəllim üçün onlayn təlimlərtəşkil olunub.
“Aztelekom”un mütəxəssisləri tərəfindən keçirilən təlimlər fərdiməlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdədavranış qaydaları, onlayn risklərdən qorunma üsulları vəməsuliyyətli internet istifadəsi mövzularını əhatə edir.
Sessiyalar iştirakçıların aktiv iştirakı ilə real vəziyyətlərüzərində aparılan müzakirələr və praktik yanaşmalar əsasındakeçirilib.
Növbəti mərhələlərdə layihənin ölkənin digər regionlarını daəhatə etməsi planlaşdırılır.
Xatırladaq ki, layihə bu günədək Lənkəran, Qusar və Şəkirayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatəedib.